Marsan Pomidoru
In traduzione, versione inglese online
Torna all'archivio > Azərbaycanın şimalında yerləşən Qax rayonundakı Marsan kəndi pomidor istehsalı ilə məşhurdur. Sovet dövründə müxtəlif pomidor sortları kolxozda yetişdirilirdiyi üçün əksər insanlar onları öz bağlarında əkib-becərmirdilər. Ancaq bir ailə nənə-babalarından miras qalan toxumları qoruyub-saxlamış və sonra pomidor yetişdirmək istəyən bir neçə ailəyə paylamışdı. Yerli əhalinin dediklərinə görə, kənddəki fermerlərin seleksiya işləri sayəsində Marsan pomidoru yavaş-yavaş bir növ "yerli marka" halına gəlib.
Marsan pomidoru böyük ölçülərdə olması və gübrəyə ehtiyac duymaması ilə məşhurdur. Bitkiləri, təxminən, 2 metrə qədər yüksəkliyə çatır, meyvələri isə kürəvi formaya və 10-13 santimetr diametrə sahib olur. Qırmızı qabığı nazik və zərifdir, buna görə də yetişmiş pomidoru uzağa göndərmək olmur. Bu sort şirin və sulu olur. Toxumlar mövsümün ilk və daha çox böyüməyə meyilli olan pomidorlarından yığılır. Şitillər may ayında sahələrdə əkilir və payızın ilk şaxtasına qədər məhsul yığımı davam edir. Torpaq gübrələnmir, zərərvericilərə qarşı mübarizə tələb olunmur və pomidorların şirin ləzzətini itirməmək üçün bitkilər az miqdarda suvarılır. Sadəcə, bir neçə ailə yalnız öz istifadəsi üçün Marsan pomidorunu yetişdirməyə davam edir. Təzə-tər pomidor salatlarda və digər yeməklərdə istifadə olunur; böyük meyvələrindən tomat hazırlanır, daha kiçik meyvələr isə digər yerli tərəvəzlərlə birlikdə turşuya qoyulur.