Formaggio motal

Torna all'archivio >

Motal Pendiri

In traduzione, versione inglese online

  • Hai imparato qualcosa di nuovo da questa pagina?
    Did you learn something new from this page?

  • YesNo
Torna all'archivio >
Motal bütün Qafqazda (Ermənistandada Slow Food Motal Prezidiyası var) və İranın İran Azərbaycanı kimi tanınan qonşu bölgələrində istehsal olunan ənənəvi bir pendir növüdür. Bu məhsulun çox uzun bir tarixi keçmişi vardır və pastoralistlərin (köçəri heyvandarların) və onların heyvanlarının qış və yay otlaqları arasındakı köçü, həmçinin süd məhsullarının qorunması ehtiyacları ilə əlaqələndirilir. Motal dağ otlaqlarında, xüsusən də yazın sonlarında az miqdarda hazırlanır. İllərlə saxlanıldığı, qoyun və ya keçi dərisindən olan tuluğun adı ilə adlandırılmışdır. Tuluq dərinin tüklü tərəfinin iç və ya çöl hissədə olması ilə hazırlana bilər; tüklər iç hissədə olarsa, bu, həm pendirin çürüməsinə (beləcə, pendir mayasından az istifadə olunur) və nəticədə, mayalanmasına kömək edir, həmçinin əlavə duzu özünə çəkir. Bu metodun mənfi tərəfi odur ki, tüklər pendirin içində qalır. Tuluq tüklü tərəf çöldə saxlanılmaqla hazırlandığı zaman daha çox pendir mayası əlavə edilməlidir. Həmin maya pH-ı tənzimləmək məqsədilə bir qədər taxıl və bir dəmir parçası ilə birlikdə bir ay duzlu suda saxlanılan quzu qursağından hazırlanır. Pendir hazırlamaq üçün hər 10 litr (quzu və / və ya keçi südü) südə bir qaşıq maya əlavə olunur. Kəsmiklər kütlədən ayrılıb qurudulur və sonra duzlanaraq dəri tuluğa yığılır. Bir qədər şor (Qafqaza məxsus başqa bir pendir növü) əlavə olunur ki, bu da motalın düzgün şəkildə istifadəsi üçün yararlı hala düşməsinə kömək edir. Dağ kəklikotusu da əlavə edilə bilər. Dəri tuluğun içərisində heç bir dəliyin olmaması və bağlandıqdan əvvəl havanın hamısının sıxılıb çıxarılması çox önəmlidir. Bundan sonra, pendirlə dolu tuluqlar ən azı bir ay və ən yaxşı halda isə 3-6 ay ərzində “yetişməsi” üçün sərin yerdə saxlanılır. Həmin müddət ərzində tuluqlar 4-5 gündən bir çevrilir. Qeyd etmək lazımdır ki, motalın stəkan, keramika və ya plastik qabda yetişdirilməsi pendirin özünəxas xüsusiyyətlərinin formalaşması baxımından səmərəli üsul deyil. Motal pendiri yumşaq və çox duzlu olur. Hazır formada, o, adətən, təxminən 0,5-1 kiloqramlıq hissələrə ayrılır. Bu, ağımtıl və ya solğun sarı rəngdə olur və dadı mavi pendirin dadına bənzəyir. Düzgün yetişdikdən sonra motal pendiri bir neçə il saxlanıla bilər. Çörək ilə, həmçinin soğan, sarımsaq və reyhan və quru qırmızı şərabla birlikdə yeyilir. Motal pendirini doğranmış göyərti (kişniş, şüyüd, soğan və reyhan) və təzə xiyar dilimləri ilə birgə pita çörəyinə və ya lavaşa qoyaraq dürüm hazırlamaq da olar.

Territorio

NazioneAzerbaijanGeorgiaIran

Altre informazioni

Categorie

Latticini e formaggi