Bufalo del Caucaso

Arca del Gusto
Torna all'archivio >

Qafqaz Camışı

In traduzione, versione inglese online

Torna all'archivio >
Qafqazda yetişdirilən camışın təxminən 70%-i Azərbaycanın payına düşür, buna görə həmin cins Azərbaycan camışı kimi də tanınır. Onlar İranın ölkəmizlə qonşu bölgələrində də yaşayırlar. Camış çox tələbkar heyvan deyil və mövcudluğu münbit torpaq yaratmağa kömək edir, bu isə öz növbəsində saxlanıldıqları sahələri becərməyi asanlaşdırır. Onlar, xüsusilə, mərkəzi Azərbaycanın Aran ovalığında, bataqlıqlar, göllər və qamış bitkiləri ilə zəngin bir ərazidə yayılmışlar. Bütün su camışları kimi, Qafqaz camışının da iri buynuzları, güclü gövdələri və qara dərisi var. Qara rəngli olduqları üçün parlaq günəş onların çox isinməsinə səbəb olur, buna görə də onlar isti havalarda bataqlıq ərazilərdə, durğun sularda, gölməçələrdə və ya çay yataqlarında üzməyi sevirlər. Mal-qaralardan fərqli olaraq, camış soyuq havalara qarşı dözümlü deyil: Mal-qara -20° C-ə qədər temperatura tab gətirə bildiyi halda, onları qoruyan bədən yağlarının azlığına görə camış -1° C-dən aşağı temperatura məruz qalmamalıdır. Qafqaz camışları, əsasən, süd istehsalı üçün yetişdirilir. Onların südü 8%-ə qədər olan yağ tərkibi ilə çox zəngindir.

Camış Azərbaycanda geniş yayılmışdır və camış saxlayan ailələrin əksəriyyətinin ekstensiv şəkildə böyütdüyü bir neçə heyvanı olur. Azərbaycanda camış südünün bazar əlaqələri yaxşı inkişaf etməyib, buna görə əksər fermerlər südlərini kərə yağı, pendir, kefir və birbaşa satdıqları digər məhsulların emalı üçün istifadə edirlər.

Territorio

NazioneAzerbaijan

Altre informazioni

Categorie

Razze animali e allevamento