Ismayilli Sarimsaqi
In traduzione, versione inglese online
Torna all'archivio > İsmayıllı rayonu və məxsusilə İvanovka kəndi 19-cu əsrdə Rusiyadan köçmüş və 1846-cı ildə İvanovka kəndini qurmuş ilk molokanlar tərəfindən gətirilən bu sarımsaq sortunun tarixi istehsal sahəsidir. Bu sarımsaq sortu İvanovka kolxozunda onun qurulduğu vaxtdan bəri istehsal edilmişdir; sovet dövründə məhsulun böyük hissəsi kolbasa istehsalında istifadə üçün Macarıstana ixrac olunmuş və müqabilində geyim məhsulları idxal olunmuşdur. Sovet İttifaqının dağılmasından sonra əkin sahəsi yarıya qədər endirildi və azalmağa davam etdi. Bu sarımsaq yalnız əllə əkilir. İsmayıllı sarımsağı ümumiyyətlə ağ rəngdə olur, lakin soğanaq hissəsi sarımtıl və ya çəhrayı rəngdə ola bilər. Xəfif, lakin qalıcı ətri və kəskin dadı var. Soğanaq hissə yumru, bir qədər yastı və kiçikdir (2.5 sm). Məhsul yığımı iyulda baş tutur və İvanovka kəndi hər il təxminən 1 ton məhsul verir.
İvanovka sakinləri sarımsağı turşuya qoymaq və kolbasa kimi bir çox, fərqli ənənəvi yeməklərdə ədviyyat olaraq istifadə edirlər. Bəzi istehsalçılar sarımsağı 1 ay gec əkirlər və başı dişlərə bölünməzdən öncə yığırlar; bu hallda o, duza qoyulma üçün çox yaxşıdır. Turşuya qoymaq üçün isə sarımsaq onun dərisi hələ təzə və nazik olduqda yığılır və təmizlənərək çəllək və ya şüşə qablara qoyulur. Təmiz su və (3 litr suya 2 yemək qaşığı) duz əlavə olunur; yerli mədrəsə üzüm sortundan hazırlanmış sirkə bir neçə ay sonra duzlu suya əlavə olunur ki, sarımsaq, aylar boyunca əzilmədən qalsın. Sarımsaq turşusu quru və sərin yerdə bir neçə il saxlanıla bilər.
Gənclərin İvanovka kəndini və kolxozu tərk edib getmələri səbəbi ilə sarımsağı istehsal etməyə və becərməyə davam edəcək çox az sayda insan var. Son bir neçə ildə İsmayıllı sarımsağı daha böyük və daha məhsuldar, lakin daha az ətirli olan Çin sarımsağının rəqabətilə üzləşməyə başlayıb.