Baltalı Düyüsü
In traduzione, versione inglese online
Torna all'archivio > Azərbaycanda düyü əvvəldən bəri (ölkənin mərkəzi boyunca şimaldan cənuba doğru gedən bir kəmər olan) Şəki-Zaqatala, Aran və Lənkəran-Astara iqtisadi rayonlarının sahələrində becərilirdi. Bu ərazinin subtropik iqlimi düyü yetişdirmək üçün əlverişlidir. Elə başlanğıcdan bu bölgələrin sakinləri düyüyə buğdadan daha çox önəm vermişlər və buna görə düyü ənənəvi yerli mətbəxə daxil olub. 18-19-cu əsrlərdə Lənkəran-Astaradan (Azərbaycanın ən cənub hissəsi) olan zəngin tacirlər Rusiya bazarlarına düyü, kətan, ipək, tərəvəz və balıq məhsulları ixrac edirdi və yaranmış ticarət əlaqələri Lənkəran şəhərində sənayenin və təhsilin inkişafına öz töhfəsini verirdi. Sovet İttifaqı tərəfindən edilən dəyişikliklər, o cümlədən düyü və gölməçə balıqçılığına təsir edən suvarma sistemlərinin müntəzəm şəkildə qurudulması səbəbi ilə düyü becərilməsi 1940-50-ci illərdə azalmağa başladı. 1928-ci ildə rekord həddə 102 min tonluq məhsul yığımından sonra növbəti onilliklərdə məhsuldarlıq tədricən ildə 5-10 min tona qədər azalmağa başladı. 2011-ci ildə Azərbaycanda düyü becərilməsi canlandı və 2017-ci ildə məhsulun ümumi həcmi 16 min ton oldu.
Şəki rayonunun Baltalı kəndində becərilən düyünün yumşaq toxuması, südəbənzər rəngi və böyük dənləri var. Baltalıda yetişdirilən düyünün bir hissəsi su dəyirmanında üyüdülür və Şəki halvası və bir çox yerli şirniyyat növlərinin hazırlanmasında istifadə olunur. Əksər ailələrin plov və digər ənənəvi yeməklərin hazırlanmasıda idxal olunmuş düyü almağı üstün tutmaqlarına baxmayaraq, o, yerli bazarlarda satılır və yerli mətbəxdə istifadə olunur.