Minlərlə ənənəvi meyvələr, cinslər və emal olunmuş məhsullar onları əhatə edən bilik və təcrübə ilə birlikdə yoxa çıxır. Bu irs yerli biomüxtəlifliklə sıx bağlıdır və qorunub saxlanılmalıdır.

Slow Food, bütün dünya üzrə yox olma təhlükəsinə məruz qalmış qida məhsullarının Dad Gəmisinə daxil ediməsi üçün bir kataloq təqdim edir.

Belə bir məhsulu təklif edərək bizə yardım edə bilərsiniz!

Dad Gəmisinə təqdim olunan məhsullar aşağıdakı meyarlara cavab verməlidir:

  1. Qastronomiya baxımından maraqlı olmalı və ona yerli çeşidlər (yerli bitki növləri, ekotiplər, cinslər və populyasiyalar), yabanı çeşidlər (yalnız ənənəvi yığım, emal və adət-ənənələr ilə əlaqəli olduqda) və emal olunmuş məhsullar aid ola bilər
  2. Yüksək dad keyfiyyəti olmalıdır. ‘Dad keyfiyyəti’, bu kontekstdə yerli ənənələr və istifadə üsulları ilə müəyyən edilməlidir
  3. Yerli ərazi, tarix, icmanın özünəməxsusluğu və yerli ənənəvi bacarıqlarla əlaqəli olmalı
  4. Məhdud miqdarda istehsal edilməli
  5. Sosial, ekoloji və iqtisadi amillərin mənfi təsir etdiyi qida zənciri və ya kövrək ekoloji vəziyyət nəticəsində yox olma riski altında olmalı