Khalva nera

Arca del Gusto
Torna all'archivio >

Gara Xalva, Qara Halva, Səməni Halvası

In traduzione, versione inglese online

Torna all'archivio >
Bu, cücərtilmiş buğdanın suyundan istifadəyə görə qəhvəyi-qara rəngi ilə seçilən ənənəvi halva tipli şirniyyatdır. Yerli buğda sortlarının toxumları bir qabda 15-20 gün ərzində cücərdilir, daha sonra doğranılaraq tənzif ilə sıxılır. Alınan şirə (su dəyirmanında üyüdülmüş yerli buğdadan hazırlanan) buğda unu ilə qarışdırılır və qatışıq mis qabda bişirilir: Bərabər miqdarda, bişmiş (ənənəvi, yellədilən taxta qurğu vasitəsilə yerli inək südündən alınmış) kərə yağı əlavə olunur və bunların hamısı uzun taxta qaşıqla davamlı şəkildə qarışdırılmaqla 10 saat qaynadılır. Qarışdırılan zaman ədviyyatlar (darçın, bibər, zəncəfil, hil) bir-bir əlavə olunur. Sonra həmin qarışıq soyudulur və yerli bal və ya şərbət (şəkər siropu) və əzilmiş qoz-fındıq qarışığı əlavə edilir. Soyumuş kütlə əl ilə top və ya yastı yumurta şəklinə salınır və onlar bir-birinə yapışmaması üçün şəkər tozuna batırılırlar. Qara halva şirniyyat kimi çay ilə yeyilir. O, quru və sərin yerdə 2 ilədək saxlanıla bilər.

Ənənəvi olaraq, qara halva ildə bir dəfə, yalnız Novruz bayramında (Şamaxı rayonunun) Dəmirçi və (İsmayıllı rayonunun) Lahıc dağ kəndlərində hazırlanardı. İnanca görə, bu ailə ənənəsinin kökləri Zərdüştlük dinində Novruz bayramı münasibətilə buğda toxumu əkmə ənənəsinə gedib çıxır. Hər bir ailə həm öz istifadəsi, həm də hədiyyə olaraq vermək üçün qara halva hazırlayır. Dəmirçi kəndində turizmin açıq-aşkaar artmasına baxmayaraq, cəmi bir neçə ailə il boyu turizm ərazilərindəki bazarlarda və ixtisaslaşmış mağazalarda satmaq məqsədilə qara halva istehsal edir. Digər bir neçə ailə isə onu sadəcə tanıdıqları müştərilər üçün yalnız (hazırlanma prosesi çox vaxt apardığına görə) 3 həftə öncədən sifariş almaqla hazırlayırlar.

Altre informazioni

Categorie

Dolci