Garagylchyg Wheat

Ark of taste
Back to the archive >

Garagilcik Bugda Sortu

Archaeological and paleontological studies show that wheat has been cultivated in Azerbaijan at least 6-8 thousand years. This is evidenced by the manual mills, known as kir-kira or el degirmany, found during archaeological research and dated to the 2nd-3rd centuries BC. The great 12th-century Azerbaijani poet Nizami Ganjavi wrote about methods of cultivation and processing of wheat and its products. Durum wheat varieties such as sary bugda, gara bugda, ag bugda, and gyrmyzy bugda, and soft wheat varieties including khirda bugda, gyrka, and gyurgyan, were mentioned in Azerbaijani literature from the 19th century. Shaki, Ismailli, Shamakhi, Jalilabad, Sabirabad, Agjabedi, Balakan, and Beylagan are considered the key grain-growing districts.

Garagylchyg is the local traditional durum wheat of Shaki district. Garagylchyg is a tall variety, with stalks growing up to 155 centimeters or, under irrigation, 2 meters. The grains are light yellow and have an elongated oval form. There are 45 grains per ear, each weighing about 2.4 grams. This is a drought-resistant wheat variety, adapted to non-irrigated cultivation. It has average resistance to lodging. It is grown mainly in foothill areas, and harvest begins in mid-June. Garagylchyg flour, still often made in watermills, is used in traditional dishes and may be found on local. Unfortunately, it has become difficult for traditional garagylchyg wheat flour to compete with imported flour. In recent decades, local wheat diversity has declined: Traditional and local varieties have been replaced with improved varieties such as Garagylchyg-2, which was developed in the 1980s by crossing the local, ancient garagylchyg variety with a Mexican short-stem wheat variety.

Back to the archive >
Arxeoloji və paleontoloji tədqiqatlar göstərir ki, Azərbaycanda buğda ən azı 6-8 min il ərzində becərilib. Arxeoloji tədqiqatlar zamanı tapılan və eramızdan əvvəl 2-3-cü əsrlərə aid edilən, kir-kirə kimi tanınan əl dəyirmanları buna sübutdur. XII əsr böyük Azərbaycan şairi Nizami Gəncəvi buğdanın becərilməsi və onun və ondan hazırlanan məhsulların emalı üsulları haqqında yazmışdır. 19-cu əsrdən Azərbaycan ədəbiyyatında sarı, qara, ağ və qırmızı buğda kimi bərk buğda növləri və xırda, girka və gürgəni buğda daxil olmaqla, yumşaq buğda növlərinin adları çəkilir. Şəki, İsmayıllı, Şamaxı, Cəlilabad, Sabirabad, Ağcabədi, Balakən və Beyləqan əsas taxılçılıq rayonları hesab edilir.

Qaraqılçıq Şəki rayonunun yerli ənənəvi bərk buğda növüdür. Qaraqılçıq uzun boylu, budaqları 155 santimetrə qədər, suvarma üsulu ilə isə 2 metrə qədər böyüyən bir sortdur. Dənləri açıq sarı rəngdədir və uzun oval formaya malikdir. Hər sünbüldə hər birinin çəkisi 2,4 qram olmaqla 45 dən olur. Bu, dəmyə əkinçiliyinə uyğunlaşmış və quraqlığa davamlı buğda növüdür. Uzun müddətli saxlanılmaya orta şəkildə tab gətirə bilir. Əsasən dağətəyi ərazilərdə becərilir və məhsul yığımı iyun ayının ortalarında başlayır. Hələ də çox vaxt su dəyirmanları ilə əldə edilən qaraqılçıq unu ənənəvi yeməklərdə istifadə olunur və yerli bazarlarda əldə edilə bilər. Təəssüf ki, ənənəvi qaraqılçıq buğda ununun idxal olunan unla rəqabət aparması çətinləşib. Son onilliklərdə yerli buğda sortlarının çeşid müxtəlifliyi də azalmışdır. Ənənəvi və yerli sortlar 1980-ci illərdə yerli, qədim qaraqılçıq növünü Meksikanın qısa köklü buğda növü ilə çarpazlaşdırmaqla əldə edilən Qaraqılçıq-2 kimi təkmilləşdirilmiş sortlarla əvəz edilmişdir.

Territory

StateAzerbaijan
Region

Şəki şəhəri

Other info

Categories

Cereals and flours